24 Yanvar 2021 18:54
1 049
12 Punto 14 Punto 16 Punto 18 Punto

Protein bədənin ehtiyacı olan vacib minerallardandır. Gündəlik həyatda protein ehtiyacının ödənilməsi üçün protein tərkibli qidalara üstünlük verilməlidir.

Teleqraf.com xəbər verir ki, protein çatışmazlığına müdaxilə edilmədiyi hallarda, ciddi sağlamlıq problemləri yarana bilər. Protein çatışmazlığı olan şəxslərdə qaraciyərin piylənməsi, saç, dəri, dırnaq problemləri, əzələ ağrıları müşahidə olunur.

Xüsusilə də vegan üsulu ilə qidalanan şəxslərdə protein əskikliyi müşahidə olunur. Aşağıdakı hallar protein əskikliyinin əlamətləridir:

- Yeniyetməlik vaxtı uşaqlarda inkişafın dayanması

- Saç tökülməsi

- Artıq çəki

- Qanazlığı

- Dəri problemləri

- Diş əti xəstəlikləri

- Sümük inkişafının dayanması

- Halsızlıq

- İmmunitet sisteminin zəifləməsi

Protein əsasən ət və ət məhsulları, ağartı və paxlalı bitkilərdən əldə olunur. Qırmızı əti buxarda, yaxud sobada bişirib, yanında tərəvəzlə istehlak etdiyiniz zaman bədəni ehtiyacı olan protein miqdarı ilə təmin edə bilərsiniz.

Yumurta isə saç və dırnaqların möhkəmlənməsinə kömək edir. Hər səhər bir ədəd yumurta yemək sizi daha sağlam və gün ərzində gümrah hiss etdirəcək.

Balıq istehlak etmək bədənin həm omega 3 , həm də protein ehtiyacını qarşılayır. Bu məqsədlə həftədə iki dəfə balıq yeyilməsi tövsiyə olunur.

Toyuq zəngin mineral dəyərinə sahibdir, protein çatışmazlığı olan şəxslərin qidalanmasında tövsiyə olunur.

Pendir süd məhsulları arasında vitamin və minerallarla ən zəngin olan qidadır. Xüsusilə səhər yeməyində pendir və yumurta yemək bədənin ehtiyacı olan protein miqdarının böyük hissəsini ödəyir.

Bununla yanaşı, lobya, mərci, noxud, fındıq, badam, qoz kimi paxlalı qidalar da proteinlə zəngindir.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər