İşğaldan azad olunan ərazilərdə ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının vaksinasiyasına start verilib.
Teleqraf.com xəbər verir ki, ilk gündə 100 sərhədçinin koronavirus infeksiyası əleyhinə peyvənd olunmaları təşkil edilib.
Vaksinasiya Qubadlı rayonu ərazisində yeni fəaliyyətə başlayan DSX-nin Hərbi Xəstəxanası və Mühəndis-İstehkam Mərkəzində aparılıb.
COVID-19 xəstəliyi əleyhinə vaksinasiya strategiyasına əsasən bu günədək Dövlət Sərhəd Xidmətinin 2 000-dən çox hərbi qulluqçusu aşılanıb.