14 Mart 2021 08:18
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sarımsaq dadı və qoxusuna görə insanlar arasında birmənalı qarşılanmır. Əksəriyyətə görə sarımsaq yeməklərin əvəzolunmaz əlavəsidir. Bəs bu qidanın faydaları nədir?

Teleqraf.com sarımsaq yeməklərə dadlandırıcı olaraq əlavə edilsə də, əslində dərman rolunu oynayır.

Müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan sarımsaq allium cinsinə aiddir. Soğan, rakkyo (Asiyada yetişən soğan), yaşıl soğan, pırasa ve soğancıq növlərinə yaxındır. Qədim Misirdə ədviyyat və dərman kimi istifadə olunub. Germanyum ve selenyumla zəngin olan torpaqda yetişir.

Sarımsağın tərkibində 84.09 faiz su, 13.38 təbii maddə, 1.53 inorqanik maddə var. Tərkibində kükürd, çinko, A, B1 və C vitaminləri var.

Güclü antibiotik olan sarımsaq infeksiyalarla mübarizədə qalxan rolunu oynayır. Ürəyin dostudur, qan dövranını sürətləndirir, ürək xəstəliklərinin qarşısını alır. Xərçəng riskini azaldır. Yaddaşı gücləndirir, alzaymer xəstəliyi ilə mübarizə aparır. Qanda şəkər səviyyəsini, yüksək təzyiqi aşağı salır. Bağırsaqdakı qurd və parazitləri öldürür. Ağciyər, qaraciyər, öd kisəsini gücləndirir. Qəbzliyin qarşısını alır. İştahı açır. Bədəndəki yara və sızanaqları yox edir. Bronxit və nəfəs darlığı kimi xəstəliklərin müaliəsində effektlidir.

Təbii ki, qədərindən artıq istifadəsi zərərlərə də səbəb ola bilir. Qədərindən artıq istehlak edildiyi zaman mədədə ağrı, dəridə qaşınmalara səbəb olur.


Müəllif: Aysel Azad

Oxşar xəbərlər