Bayram günlərində peyvənd məntəqələri növbətçilik cədvəlinə əsasən işləyəcəklər.
Bunu Teleqraf.com-a açıqlamasında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
Onun sözlərinə görə, bayram günlərində vətəndaşların vaksinasiya prosesində işin dayandırılması haqqında qərar yoxdur.
O qeyd edib, vaksinin ikinci dozası 28 gün ərzində vurulmalıdır.