22 May 2021 14:26
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saatlı rayonunun Nərimankənd kəndində məskunlaşan Füzulidən olan məcburi köçkünlər "mavi qaz"ın olmamasından və su təminatına fasilələrin verilməsindən şikayətçidirlər.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Milli Məclisdə Füzulini təmsil edən deputat Vüqar Bayramov məlumat verib.

Həmyerliləri ilə görüşən deputat qeyd edib ki, Saatlı rayonunun Nərimankənd kəndinin yaxınlığında salınmış məcburi köçkün yaşayış qəsəbəsində Füzuli rayonundan 20 ailə məskunlaşıb: “Bütün ailələr dövlət tərəfindən fərdi evlə təmin olunub. Saatlı rayonunda olan zaman həmin kənddə məskunlaşan həmyerlilərimizlə görüşdük. Görüş zamanı onlar yaşadıqları əraziyə "mavi qaz"ın verilmədiyini və su təminatında müəyyən fasilələr olduğunu bildirdilər. Bu məsələlərlə bağlı müvafiq dövlət qurumlarına deputat sorğuları göndərməyi planlaşdırırıq”.

Vüqar Bayramov həmin qəsəbədə yaşayan sakinlərin ən böyük istəyinin daha tez öz ata-baba yurdlarına qayıtmaq olduğunu da vurğulayıb: “Hamı səbrsizliklə nə zaman öz şəhər və kəndlərinə qayıdacaqlarını gözləyir”.


Müəllif: Yeganə Oqtayqızı