27 İyun 2016 18:06
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İrəli” İctimai Birliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə 2016-cı il Avropanın Paytaxtı Gəncədə "Region Gənclərinin Əməkdaşlığı Forumu" layihəsi yekunlaşıb.

Teleqraf.com-un məlumatına görə, layihənin növbəti günlərində “Regional İnkişaf” İctimai Birliyi nümayəndələri gənclərə təşkilatın gördüyü işlər haqqında ətraflı məlumat veriblər. Gənclərlə birgə müzakirələ həyata keçirilib və iştirakçıların sualları əməkdaşlar tərəfindən cavablandırılıb.

Gəncə şəhər “Gənclər evi”ndə keçirilən təqdimatdan sonra iştirakçılara müxtəlif mövzularda təlimlər keçirilib.

Layihənin əsas məqsədi, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində istifadəyə verilən “Gənclər Ev”ləri və “Gənclər Mərkəz”ləri yerləşən regionlarda, bölgələrdə gənclərin şəxsi inkişafına təkan vermək, “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinə dəstək olmaq gənclərin üçün birgə fəaliyyətlərini stimullaşdırmaqdan ibarətdir.

Bəkir


Müəllif:

Oxşar xəbərlər