14 Sentyabr 2016 12:16
467
12 Punto 14 Punto 16 Punto 18 Punto

2016-ci ilin avqust ayı ərzində Azərbaycanda ümumilikdə 75 qida zəhərlənməsi baş verib.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev məlumat verib.

Şöbə müdirinin sözlərinə görə, qida zəhərlənməsindən 190 nəfər zərər çəkib: “Ötən ayın nəticələrinə əsasən, ölkədə 2 botulizm hadisəsi qeydə alınıb, 2 nəfər zərər çəkib. Zəhərlənmələr zamanı ölüm faktı qeydə alınmayıb. Botulizm hadisəsi sakinlərin evdə hazırladıqları tutmalardan olub”

İmran Abdullayev qeyd edib ki, zəhərlənmələr əsasən Göyçay və Beyləqan ərazilərində yaşanıb.

Avqust ayı bu il ərzində baş verən qida zəhərlənmələrindən zərərçəkənlərin sayına görə ən yüksək göstəricilərin qeydə alındığı ay olub. Ötən ay 3 kütləvi zəhərlənmə hadisəsi baş verib, 100-dən çox insan zəhərlənib.

İlhamə ƏBÜLFƏT


Müəllif: