21 Aprel 2017 17:39
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekstrakorporal (süni) mayalanma ilə dünyaya gələn əkizləri aylarla arxası üstə Respublika Perinatal Mərkəzdə saxlayırıq.

Bunu Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyi Doğuşayardım Komissiyasının sədri, Respublika Perinatal Mərkəzin direktoru Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, 35 yaşında olan insanın açılmayan uşaqlığına çox embrion qoyulduqda hamiləliyin sonlanması təhlükəsi olur: “Bəzi hallarda embrionlar zəif və ya heç inkişaf etmir. Elə insanlar var ki, həyat yoldaşında keyfiyyətsiz toxum olur və yumurta ilə toxum mayalananda embrion keyfiyyətsiz alınır. Həkim məcburdur ki, uşaqlığa orta və pis səviyyəli embrionların iksini qoysun ki, onlardan biri tutsun. Xarici ölkədə süni mayalanma edən həkimlər yumurtaların sayından asılı olmayaraq sonsuz qadının uşaqlığına 1 embrionun (mayalanmış hüceyrə) yerləşdirilməsini tövsiyə edirlər. Bəzən cütlüklər deyir ki, xərc tökmüşəm, heç olmaya embrionlardan üçünü eyni zamanda qoy ki, biri düşəndə digəri inkişaf etsin. Anlamırlar ki, o qədər embrion yerləşdirildikdə hamiləliklər sonlanır. Bəziləri də düşünür ki, bir dəfəyə 4 uşaq dünyaya gətirsələr, dövlət onlara ev, maşın verəcək. Demək olar ki, bütün üçəmlər, dördəmlər hamısı Respublika Perinatal Mərkəzdə gətirirlər. Onları aylarla arxası üstə burda saxlayırıq. Valideynlər anlamır ki, 15 il sonsuzluğu olan qadının uşaqlığı 1 uşağı saxlaya bilir”.

Sevinc Məmmədova qeyd edib ki, süni mayalanma edən qadınların bir şansı olur: “10-15 il övlad həsrəti ilə yaşayanlar süni mayalanma müalicəsi qəbul edən zaman çox ağır müalicə qəbul edirlər. Onların bir şansı olur və bir dəfəyə 15-20 yumurta yetişdirir. Həmin yumurtalar mayalandıqdan sonra embrionları çölə atmaq ixtiyarımız yoxdur. Qanun bioloji materialı ləğv etməyə icazə vermir. Valideyn də istəmir ki, hazır uşaqları tələf olsun. Onun üçün bu embrionlar saxlanılır. Lazım olduqda həmin embrion 3 il müddətinə dondurulur. Qadına lazım olduqda yenidən süni mayalanma müddətini keçmədən həmin embrion uşaqlığa yerləşdirilir”.

Perinatal Mərkəzin direktoru vətəndaşların süni mayanma etdirdikləri öləkələrin də adını açıqlayıb: “Süni mayalanmaya görə, Türkiyəyə, İrana gedirlər. Azərrbaycanda Ekstrakorporal mayalanmanı bir neçə özəl tibb müəssisəsi, dövlət səviyyəsində isə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda icra edirlər. İnstitut son 3 ildə bağlandığı üçün süni mayalanma dövlət yolu ilə həyata keçirilmirdi. Bir aydır ki, institut yenidən fəaliyyət göstərir. Qısa bir zamandan sonra süni mayanlamalar dövlət xətti ilə ucuz, qeydiyyata alınan və növbəsini illər boyu gözləyən insanlara yenidən icra olunacaq. İl ərzində süni mayalanmanı edənlərin rəqəmlərini özəl tibb müəssisələri açıqlamır. Çünki cütlüklərin əksəriyyəti süni mayalanma yolu ilə uşaq dünyaya gətirmələrini istəmir. Bunun üçün rəsmi açıqlamalar heç vaxt dəqiq olmur”.

İlhamə ƏBÜLFƏT


Müəllif:

Oxşar xəbərlər