27 Aprel 2017 16:49
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

İzmir şəhərində fəaliyyət göstərən Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı və idarə heyətinin üzvləri İzmir Bayraqlı Bələdiyyəsinin sədri Hasan Karabağla görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də Xocalı soyqırımı ilə bağlı həqiqətlərin Türkiyə, o cümlədən dünya ictimaiyyətinə çatdırılması, soyqırıma məruz qalmış soydaşlarımızın xatirəsinin əbədiləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Soyadının Qarabağla əlaqəli olduğunu vurğulayan Bayraqlı Bələdiyyəsinin sədri Hasan Karabağ rəhbərlik etdiyi bələdiyyə ərazisində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılması ilə bağlı təşəbbüslərin bəyənildiyini bildirib. O qeyd edib ki, bu təklif yaxın vaxtlarda Bayraqlı Bələdiyyə Məclisinə təqdim ediləcək və 2018-ci ildə Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə bağlı tədbirlər planına salınacaq.

Azərbaycan Türkləri və Dost Dərnəkləri Federasiyasının sədri İsa Ambarcı Hasan Karabağın bu təşəbbüsü yüksək qiymətləndirərək təşəkkürünü bildirib. İ.Ambarcı bunun iki qardaş xalqın daha da yaxınlaşmasına öz töhfəsini verəcəyini qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər