23 May 2017 14:50
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 23-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

DGK-dan Teleqraf.com-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Salyan, Neftçala, Biləsuvar və Cəlilabad rayonlarının sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul, malların idxal və ixracı, bununla əlaqədar sənədləşmə qaydaları və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər