26 Dekabr 2017 15:04
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafanın yeni kitabı çap olunub.

Teleqraf.com xəbər verir ki, bu barədə o özü məlumat verib.

“Bu gün yeni kitabım çapdan çıxdı. Sağlam düşüncəni, fərqli düşüncəni anlayan insanlara bir ərməğanımdır”, - deyən F.Mustafa “Sağlam düşüncə alternativi” adlanan kitabın son bir ildə yazılmış çeşidli mövzulara aid məqalələr toplusu olduğunu vurğulayıb. O qeyd edib ki, kitab yaxın günlərdə müxtəlif kitab evlərinə paylanacaq:

“Ayrıca təqdimatını da düşünürəm. Ola bilsin ki, təqdimat ləngidi, çünki başqa bir kitabımın da yaxın həftələrdə nəşriyyata təqdim olunması planlaşdırılıb. Son bir ildə nəşr olunan üç kitabın birlikdə təqdimatını keçirmək bəlkə daha məqsədəuyğundur”.


Müəllif: Sәxavәt