25 Yanvar 2018 20:27
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov Qırğızıstanın xalq şairi Eqemberdi Ermatov adına mükafata layiq görülüb.

Teleqraf.com xəbər verir ki, 2015-ci ildə fondun sifarişi ilə Eqemberdi Ermatovun "Məhəmməd peyğəmbər" dastanı türk dilinə tərcümə edilib.

Elə həmin il Qırğızıstan Prezidentinin Ala Arça birinci iqamətgahında "Məhəmməd Peyğəmbər" dastanı kitabının təqdimatı keçirilib. Təqdimatda tarixi romanlar müəllifi Yunus Oğuzun Fondun sifarişi ilə tərcümə olunmuş "Temirlan" ikicildliyi də qırğız oxuculara təqdim edilib.

Toktoqul Satılqanov adına Qırğızıstan dövlət Filarmoniyasında Qırğızıstan Joqorku Keneşinin (Parlamentinin) spikerinin, Prezidentin müşaviri Razzakov Jeniş Parpiyeviçin, Prezidentin qardaşı, deputat Asılbek Jeenbekovun, nazirlər və başqa ali dövlət nümayəndələrinin iştirakı ilə mərhum şair Eqemberdi Ermatovun xatirəsinə həsr olunmuş "Məni axtarsan mahnılarımda taparsan" adlı bədii tədbir təşkil olunub.

Tədbir Qırğızıstan Mədəniyyət Nazirliyi, Dövlət Kadrlar Xidmətinin və başqa təşkilatların təşkilatçılığı ilə keçirilib. Tədbirin rəsmi hissəsində mükafatlar təqdim edilib.

Eqemberdi Ermatov adına mükafata Raim Kərimov və türkdilli dövlətlərin siyasətinə dəstək fondunun Prezidenti Nüsrət Məmmədov layiq görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər