25 Sentyabr 2018 18:57
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Gömrük Komitəsi (DGK) “B-scan” adlı yoxlama aparatı almağı planlaşdırır.

Teleqraf.com xəbər verir ki, bunu Gömrük nəzarətinin təşkili və ticarətin asanlaşdırılması Baş İdarəsinin Gömrük əməliyyatlarının tənzimlənməsi idarəsinin rəisi Anar Məmmədov jurnalistlərə açıqlamasında deyib.

A.Məmmədov bildirib ki, bu avadanlıqlar vasitəsilə insanların daxili orqanlarında gizlədilən narkotik vasitələr və qanunsuz predmetlər gömrük ərazisində qısa zamanda aşkarlanacaq:

"Avadanlıqların əsasən İranla sərhəddə yerləşən gömrük sərhəd-keçid məntəqələrində yerləşdirilməsi nəzərdə tutulub”.

A.Məmmədov qeyd edib ki, yeni yoxlama avadanlıqları bu ilin sonunadək gətiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər