22 May 2019 19:35
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın (keçmiş “Sovetski” adlanan ərazidə) açılışı zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli abidəsinin önündə sakinlərlə görüşüb söhbət ediblər.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı və xanımı vətəndaşların problemləri ilə tanış olublar. Bildirilib ki, sakinlərin müraciət etdiyi problemlərlə bağlı məsələlər yaxın zamanda operativ şəkildə həll olunacaq.


Müəllif: Teleqraf.com