8 Avqust 2019 17:53
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan və Qarabağ regional Dövlət Yanğın Nəzarəti idarələri 8 avqust 2019-cu il tarixində pambıq tədarükü zamanı yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə Sabirabad və Bərdə şəhərlərində regional seminar-müşavirə keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirlərdə Sabirabad və Bərdə rayon icra hakimiyyəti başçılarının müavinləri, icra nümayəndələri, bələdiyyə sədrləri, Dövlət Aqrar İnkişaf Mərkəzinin, xidməti ərazidə yerləşən pambıq tədarükü məntəqələrinin, pambıq emalı zavodlarının və digər aidiyyəti qurumların məsul şəxsləri, həmçinin sahibkarlar iştirak edib.

"Pambıq tədarükü və emalı zamanı yanğın təhlükəsizliyi tələbləri" mövzusunda keçirilən regional seminar-müşavirələrdə xam pambığın yığılmasına, daşınmasına və emalına cəlb olunacaq kənd təsərrüfatı maşınlarının ilkin yanğınsödürmə vasitələri, qığılcımsöndürənlər və süpürgələrlə təmin edilməsinin vacibliyi diqqətə çatdırılıb. Həmçinin pambıq tarlalarının, pambıqqurutma meydançalarının ərazisində və yaxınlığında tonqal qalanmasına, açıq oddan istifadə edilməsinə, siqaret çəkilməsinə icazə verilməməsinin, su mənbələrinə yollar salınmasının, hovuzların yanında avtomobillərin dönə bilməsi, manevr etməsi üçün meydançaların olmasının zəruriliyi də vurğulanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər