Gömrük Komitəsi Türkiyə, Gürcüstan və Rusiyaya avtobus səfərlərində gömrük yoxlamalarını sadələşdirmək niyyətindədir.
Bu barədə Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Teleqraf.com-a bildirilib.
Bildirilib ki, Komitə hazırda üç ölkə ilə bu istiqamətdə danışıqlar aparır. Layihənin icrası üçün memorandumun hazırlanması işləri görülür.
Layihə tətbiq oldunduğu halda Bakıdan Türkiyə, Rusiya və Gürcüstana gedən və əks istqamətdə gələn avtobuslar yalnız bir dəfə başlanğıc nöqtəsində gömrük yoxlanışından keçəcək.