17 Sentyabr 2014 19:55
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Texas ştatının 12 yaşlı məktəblisi Dilan Pusetti “Android” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonlar üçün kritik vəziyyətdə insanların həyatını xilas edəcək mobil əlavə icad edib.

"Soft.Mail”-in verdiyi məlumata görə “SaveMePro” adlandırılan əlavə qurğu sahibinin yandırıb-söndürmə düyməsini ardıcıl səkkiz dəfə basdıqdan sonra aktiv edilir. Bundan sonra əvvəlcədən proqramlaşdırılmış nömrələrə köməyin göstərilməsi üçün məlumat daxil olur.

Məktəblinin sözlərinə görə, o, əlavəni yaratmaqla ilk növbədə ümid edib ki, proqram həqiqətən kiminsə həyatını xilas edəcək. İnsan oğurlansa, yolunu azsa və ya dağıntılar altında qalsa, ona yardım üçün bir-iki hərəkət etmək kifayətdir.

Təhlükəni bildirən məlumatı alan şəxs xəritə və “GPS” vasitəsilə məlumat göndərənin yerini müəyyən edə biləcək.

İlhamə


Müəllif: