16 Aprel 2020 16:23
386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müşahidələr göstərir ki, xüsusi karantin rejimində istehlakçılar daha çox internet işlədir. Bununla bağlı resurslarda çatışmazlıqlar var. Yəni trafik çoxalıb, insanlar daha çox internet istehlak edirlər.

Bu fikirləri Teleqraf.com-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz internetin sürətinin aşağı olması səbəbləri haqda danışarkən deyib.

Osman Gündüz xatırladıb ki, əvəllər dövlət məmurları iş yerində işləyirdisə, bu dövlət interneti idi: “O cümlədən özəl şirkətlərdə çalışan insanlar iş yerlərində internetdən istifadə edirdilər. İndi məmurlar, özəl şirkət əməkdaşları evlərində internetdən istifadə edirlər”.

Mütəxəssisin sözlərinə görə, internet istehlakçılarının provayderlə müqaviləsi var: “İstehlakçılar bəlli miqdarda ödəniş edir ki, konkret həcmdə internetlə təmin olunsun. Provayder müqavilənin şərlərində göstərilən sürəti təmin etməyə borludurlar. Əgər çatdırmırsa, deməli, istehlakçının hüquqları pozulur”.


Müəllif: Cavad

Oxşar xəbərlər