Toyların, yasların və digər tədbirlərin bərpa olunması barədə məsələ müzakirə olunur. Lakin hazırkı vəziyyətdə bu mümkün deyil.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.