10 İyul 2020 17:18
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmlərdə müəyyən stabilləşmə özünü göstərir. Artıq sağalan və yoluxanlar arasında cüzi fərq nisbəti müşahidə olunur.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

"Vətəndaşlara göstərdikləri anlayışa görə təşəkkür edirik. Onların məsələyə məsuliyyətli yanaşması, qaydalara riayət edib, fərdi məsuliyyət göstərməsi nəticəsində biz buna nail olmuşuq. Karantin rejiminin həyata keçirilməsində bütün struktularımız fəaliyyətə keçib. Dövlət qulluqçuları gərgin iş rejimində fəaliyyətlərini davam etdirirlər".

O bildirib ki, dünyadakı epidemioloji vəziyyət heç də qənaətbəxş deyil: "Bu gün Prezident İlham Əliyevin təşəbbüskarı olduğu BMT Baş Assambleyasının xüsusi sessiyası öz işinə başladı. BMT tarixində bu günə qədər 30 sessiya baş tutub ki, hesab edirik, bu təşəbbüs koronavirusla mübarizəyə öz töhfəsini verəcək. Bu sahədə fikir və təcrübə mübadiləsinin aparılması üçün Türkiyədən, Rusiyadan mütəxəssislər ölkəmizə gətirilib".

Hikmət Hacıyev qeyd edib ki, Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər xarici həmkarlar tərəfindən də yüksək qiymətləndirilib: "İyun ayında Azərbaycanda yoluxmada artım tendensiyası varsa, xarici ölkələrdə azalma müşahidə olunur. Buna görə də xarici mütəxəssislərlə fikir mübadiləsi aparılır.

Eyni zamanda Kubadan ölkəmizə həkimlərin gətirilməsi nəzərdə tutulur. Kubanın dünya miqyasında Ebola virusunda zəngin təcrübəsi var. Bu səbəblə sözügedən ölkənin mütəxəssisləri ölkəmizə gələcəklər".


Müəllif: Aysel Azad