Rayonlara gediş-gəliş və çimərliklə bağlı məsələ müzakirə olunur.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva ÜST missiyasının yekunlarına dair keçirilən onlayn mətbuat konfransında deyib.
Onun sözlərinə görə, qərar qəbul olunduqdan sonra Operativ Qərargah tərəfindən ictimaiyyətə məlumat veriləcək: "Hazırda dəqiq məlumat vermək mümkün deyil".