1 Aprel 2021 17:25
316
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakının Səbail rayonu, Badamdar qəsəbəsində sürüşmə zonasında yeraltı suların səviyyəsi tam aşağı salındıqdan sonra terraslarda yamacbərkitmə işləri həyata keçiriləcək”.

Bunu Teleqraf.com-a açıqlamasında Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi "Azərinşaat" Layihə İnstitutunun Geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev deyib.

O bildirib ki, qazılan iki drenaj quyuda tamamlama işləri yekunlaşıb: “Üçüncü quyuda isə üfüqi suötürürcülərdə qazama işlərinə başlanılıb. Drenaj quyular qazılıb, lakin içərisindən üfüqi suötürücülərin qazılması işləri hələ ki, üçüncü quyuda başlanılıb.

Birinci və ikinci quyuda suötürücülər işlək vəziyyətdədir, gələn sular kollektr sisteminə qoşulub. Yeraltı suların səviyyəsi aşağı salındıqdan sonra yamacbərkitmə işləri həyata keçiriləcək. Üçüncü mərhələdəki işlərə yalnız birinci və ikinci mərhələdəki işlər yekunlaşdıqdan sonra başlanılması planlaşdırılıb”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər