4 İyun 2021 15:41
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İqlim dəyişiklikləri nəticəsində növbəti illərdə su ehtiyatlarımızın azalacağı proqnozlaşdırılır".

Teleqraf.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, azsulu ölkə kimi su ehtiyatlarının düzgün idarə edilməsi təşkil olunmalıdır:

"Ötən il cənab prezidentin Dövlət Su Komissiyasının yaradılması bu istiqamətdə atılan mühüm addımlardandır. İşğaldan azad olunan ərazilərdə su kanallarının təmiri ilə bağlı işlər aparılır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər