13 Avqust 2021 12:50
775
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiprin “AEL” klubu ilə “Qarabağ” komandası nöbəti dəfə qarşılaşdı. Bundan öncəki fikrimdə demişdim ki, cavab oyununda onlara yaxşı dərs verəcəyik. Amma biz onları daşlayan deyildik. Çünki elə bir tərbiyəmiz yoxdur, biz böyük xalqıq.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.

"Dünən “Qarabağ”ın oyunu çox xoşuma gəlmədi. Amma əsas o idi ki, “Qarabağ” qalib gəldi. Biz onlara göstərdik ki, kim, kimdir. Həmçinin onları adam kimi qarşılayıb, elə də yola saldıq. Yola salanda da Azərbaycan-Türkiyə bayraqlarını avtobuslarına asmışdıq. Özlərini də “Mehtər marşı” ilə də yola saldıq”, - Aqil Abbas qeyd edib.

Deputat bildirib ki, dünənki oyunda biz onlara həm insanlıq, həm də futbol dərsi keçdik: “İnanmıram ki, bir daha bizi unutsunlar. Belə bir hal sözsüz ki, ürəyimizcə oldu. “Qarabağ” udsa da digər təmsilçimiz “Neftçi” uduzdu. Amma bu, futboldur. Udmaq-uduzmaq da olar”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər