COVID-19 virusunun omikron variantının yayılmasına görə dünyada yoluxmaların sayı artıb.
Teleqraf.com xəbər verir ki, bu səbəblə Avropa ölkələrində Yeni il şənliklərinin keçirilməsinə məhdudiyyət qoyulub. Fransa, Yunanıstan və İtaliya da daxil olmaqla bir çox ölkələr kütləvi bayram şənliklərini ləğv edib.
Almaniyada dekabrın 28-dən etibarən gecə klublarının bağlanması qərarı ilə yanaşı, 10 nəfərdən çox şəxsin toplanmasına icazə verilmir. Fransa Parisdə keçirilən ənənəvi atəşfəşanlıq və işıq şoularını ləğv edib. Hollandiya və İtaliya da bayram şənliklərinin olmayacağını açıqlayıb. Yunanıstan Milad və Yeni il bayramlarını ictimai yerlərdə qeyd etməyi qadağan edib. Bundan başqa, ictimai yerlərdə maska taxmaq məcburiyyəti yenidən tətbiq edilib.
İspaniyanın Kataloniya bölgəsində 14 gün ərzində gecə saat 00:00-dan səhər saat 06:00-a qədər komendant saatı tətbiq edilib.