20 Mart 2022 18:38
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda koronavirusa 78 yeni yoluxma faktı qeydə alınıb, 215 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 791 482 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 780 986 nəfər müalicə olunaraq sağalıb, 9 656 nəfər vəfat edib, aktiv xəstə sayı 840 nəfərdir.

Ölkədə son sutka ərzində 3 956, hazırkı dövrədək isə 6 666 040 test aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər