29 İyun 2022 11:38
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan torpaqları dağıdılıb, viran qoyulub. ATƏT-in Minsk Qrupu bu prosesi təkcə müşahidə etməyib, həm də iştirakçı olublar. Onlar bu ərazilərə səfər ediblər, vəziyyətin nə yerdə olduğunu bilavasitə görüblər. Biz Azərbaycan xalqı adından Minsk Qrupunu məhkəməyə verməliyik. Onlar bilməlidirlər ki, bundan sonra bu prosesə qatılmağa heç bir haqqı yoxdur”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Rüstəmxanlı qeyd edib ki, deputatlar daxil olmaqla çoxlu sayda insan işğaldan azad olunan ərazilərdə olub: “Ucsuz-bucaqsız ərazilərimiz viran qoyulub”.

Deputat həmçinin bildirib ki, Qarabağda böyük bərpa işləri həyata keçirilir və bu proses davamlıdır: “İndi Bakı dünyanın diqqət mərkəzindədir. Enerji daşıyıcıları ilə əlaqədar Orta Asiya, bizə maraq var. Bunlar təsadüfi deyil, dünyada gedən proseslərlə bağlıdır. Belə bir ərəfədə bizə milli birlik, həmrəylik lazımdır”.


Müəllif: Nemət