8 İyul 2022 11:21
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son zamanlar ATƏT-in həmsədrləri Şeyx Nəsrullah obrazına girib ölü diriltməyə çalışırlarr. 30 il ərzində daşı-daş üstə qoymayan bu qurum indi vəziyyəti uzatmaq istəyir. Hamısı da erməninin xeyrinə”.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin növbədənkənar iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov deyib.

O əlavə edib ki, Minsk qrupunda təmsil olunan ölkələr heç öz aralarındakı mövcud olan münaqişəni həll edə bilmirlər, başqa ölkələrdəki proseslərə necə xeyir verə bilərlər.

Siyavuş Novruzov bildirib ki, bu ölkələr arasında elan olunmasa belə müharibə gedir, prezidentləri bir-birini təhqir edir:

“Onlar öz aralarında münasibətləri düzəldib sonra Azərbaycan-Ermənistan münasibətləri haqqında danışsınlar. Bizim gözləməyə vaxtımız yoxdur. Amerikalı keçmiş həmsədr bildirib ki, ATƏT-in Minsk qrupunu diriltmək fikrindədirlər. Onun buna səlahiyyəti də yoxdur. Bu təşkilat artıq ölüb. Onun artıq fatihəsini vermək lazımdır”.


Müəllif: Nemət