19 İyul 2022 09:21
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun illərdən sonra Prezident İlham Əliyevin qətiyyətli mövqeyi nəticəsində torpaqlarımız işğaldan azad olundu. Bu gün bayram əhval-ruhiyyəsi ilə Böyük Qayıdışın ilk addımını həyata keçiririk.

Teleqraf.com xəbər verir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

"Biz hamımız sevincliyik. Ağalıya ilk köçən insanlara təşəkkür edirəm. Zəngilanda müasir bir kənd salınıb. Azərbaycanda ilk dəfə ağıllı kənd konsepsiyası həyata keçirilib, orada müasir şərait yaradılıb. İşğaldan azad olunan ərazilərin hər yerində irimiqyaslı işlər davam etdirilir", - deyə komitə sədri bildirib.

O qeyd edib ki, məcburi köçkünlərin hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub:

"Bu gün qəbullar zamanı eşidəndə ki, dövlət onlara kifayət qədər dəstək olub, insan sevinir ki, bu cür Vətəni, vətəndaşları, lideri var. Gələcəkdə bərpa olunacaq şəhər və kəndlərdə firəvan şəkildə yaşayacağıq. Bu gün 10 ailə Ağalıya köçəcək, onlar öz kəndlərini əlləri, canları, ürəkləri ilə yenidən bərpa edəcəklər. Bu işdə bütün Azərbaycan xalqı bir yerdə olacaq".


Müəllif: Teleqraf.com