"Biz bəyan edirik ki, "Azərsu"yun verdiyi su standartlara tam uyğundur".
Teleqraf.com xəbər verir ki, bunu "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.
O bildirib ki, Bakı şəhərində satılan su filtirlərinin əksəriyyəti vacib mineralları saxlayır və vətəndaşa ölü su verir: "Biz standartlara uyğun su ilə abonentlərimizi təmin edirik. Kimsə istəyirsə, fırıldaqçıların toruna düşüb, artıq pul verərək, keyfiyyətsiz su ilə təmin olunmaq istəyirsə bu, artıq onların problemlidir".