19 Yanvar 2015 18:17
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Müdafiə Nazirliyi, Bakı qarnizonundakı hərbi hissələrin, xüsusi təyinatlı təhsil müəssisələrinin şəxsi heyətlərinin iştirakı ilə xatirə mərasimi keçirilib.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, nazirliyin zabiti polkovnik Abdulla Qurbani Azərbaycan xalqının tarixinə qanlı və şanlı səhifə kimi yazılmış 1990-cı ilin 20 yanvar hadisələrindən danışaraq qeyd edib ki, 25 il əvvəl xalqımıza qarşı misli-bərabəri olmayan terror aktı həyata keçirilmiş, günahsız insanların qanı tökülüb. O vaxtlar qürbətdə yaşayan ümummilli lider Heydər Əliyev ilk olaraq mərkəzin bu işğalçı hərəkətini pisləyib və cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasını tələb edib. Ulu öndər 20 yanvar faciəsinin Azərbaycan tarixində mühüm hadisə olduğunu qeyd etməklə yanaşı, həmçinin bu hadisələri xalqımızın milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsi kimi də qiymətləndirib.

Sonra Azərbaycan Televiziya və Radiosu Niyazi adına Dövlət Simfonik Orkestrinin və solistlər Ramil Qasımov, Aytac Şıxəlizadə, Bəyimxanım Vəliyevanın ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri səslənib, xalq artisti Ramiz Quliyev tarda "Qanlı yanvar lövhələri", Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının xoreoqrafiya qrupu isə "Azadlığa gedən yollar" kompozisiyalarını təqdim ediblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər