31 Mart 00:28
1 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Emin Ağalarov "Crocus City Hall"da keçirilən anım mərasimindən paylaşım edib.

Teleqraf.com xəbər verir ki, paylaşımda deyilir:

"Bu gün hamımız həmrəyik. Dəhşətli faciədə həlak olan günahsız insanların xatirəsini yad etmək üçün "Crocus City Hall"-a gəldik. Bir daha qurbanların yaxınlarına dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu gün sizinlə birlikdə yas tuturuq.

Yüzlərlə insan bu kabusun qurbanı oldu. Bəzi insanlar, o cümlədən şirkətimizin işçiləri öldü. Bu, hamımız üçün əvəzedilməz itkidir. Son zamanlar minlərlə tamaşaçı və sənətçinin sevimli məkanı olan məkan dəhşətli terror aktı nəticəsində dağıdılıb".


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər