22 İyun 17:42
291
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Teleqraf.com xəbər verir ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Publika.az xəbər verir ki, dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, nasazlıq səbəbindən doqquzmərtəbəli çoxmənzilli yaşayış binasının lifti altıncı mərtəbədə dayanıb və biri azyaşlı olmaqla 2 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər xüsusi vasitələrlə liftin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər