12:10
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentliyinə namizəd Donald Tramp Nyu-Yorkda Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən danışıb.

Teleqraf.com xəbər verir ki, Tramp “Truth” sosial şəbəkəsində Zelenski ilə gözəl görüş keçirdiyini, prezident seçiləcəyi təqdirdə Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə bitəcəyini yazıb.

“Əks halda, bu müharibə heç vaxt bitməyəcək və Üçüncü Dünya Müharibəsi mərhələsinə qədəm qoyacaq. Xanım Harris (prezidentliyə namizəd Kamala Harris red.) heç vaxt müharibəni bitirə bilməyəcək, bunu bacarmayacaq. Vəziyyətin daha da pisləşməsindən başqa heç nə dəyişməyəcək”, - prezidentliyə namizəd qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər