HƏMAS-ın Suriyanın cənubundakı şəbəkəsinin rəhbəri gecə hava hücumu nəticəsində öldürülüb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times of İsrael” hərbi mənbələrə istinadla məlumat yayıb.
Hərbi məlumata görə, məhv edilən Əhməd Məhəmməd Fəhd Suriya ərazisindən İsrailə hücumların idarə edilməsinə cavabdeh olub.
“Fahad yaxın vaxtlarda növbəti terror aktı törətməyi planlaşdırarkən məhv edilib”, - İsrail Müdafiə Qüvvələrindən nəşrə deyilib.
Suriyanın cənubuna hava zərbələri gecə saatlarında İsrail döyüş təyyarələri tərəfindən endirilib.