İsrail ordusu “Hizbullah” terror təşkilatının Livandakı baş qərargahını vurduqdan sonra qurumun lideri Həsən Nəsrullahdan xəbər yoxdur.
Teleqraf.com xəbər verir ki, bu barədə “Times of İsrael” məlumat yayıb.
“Livanın “Hizbullah” qruplaşmasına yaxın mənbə deyib ki, İsrail təşkilatın Beyrutun cənubundakı qərargahına zərbələr endirdikdən sonra, dünən axşamdan bəri baş komandan Həsən Nəsrullahla əlaqə itib. O andan bəri Seyid Həsən Nəsrullahla əlaqə kəsilib”, - məlumatda deyilir.
“Hizbullah”dakı mənbə İsrail nəşrinə Nəsrullahın öldürülüb-öldürülmədiyini təsdiqləməyib. İsrail Müdafiə Qüvvələri isə bu məlumatı təsdiqləyib.