13:08
238
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hizbullah” terror təşkilatının lideri Həsən Nəsrullahla yanaşı, təşkilatın Cənub Cəbhəsinin komandiri Əli Kəraki də digər komandirlərlə birlikdə öldürülüb.

Teleqraf.com “Times of İsrael”ə istinadla xəbər verir ki, bu barədə İsrail ordusunun açıqlamasında deyilir.

Nəsrullah təşkilatın Beyrutda əsas qalası hesab edilən Dahiyədə - Beyrutun cənub ətrafında “Hizbullah”ın əsas qərargahında olarkən hədəfə alınıb.

İsrail Müdafiə Qüvvələri bildirir ki, qərargah Dahiyədəki yaşayış binalarının altında yerləşirdi.

“Zərbələr “Hizbullah”ın yüksək rütbəli simaları qərargahda olarkən və İsrail dövlətinin vətəndaşlarına qarşı terror fəaliyyətini koordinasiya etməklə məşğulkən endirilib”, - məlumatda qeyd olunur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər