Norveç hökuməti ukraynalılara sığınacaq verməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Norveçin ədliyyə naziri Emilie Enger Mehl mətbuat konfransında bildirib.
Enger Mehl qeyd edib ki, Ukrayna Rusiyanın hücumlarına qarşı qoşun toplamaqda çətinlik çəkdiyi bir vaxtda bu qaçqınların daha çoxu əsasən döyüş yaşında olan kişilərdir.
Hökumət bu qərarın qaçqınların sayının çox olmasının bəzi şəhərlərdə mənzil, səhiyyə və məktəblərlə bağlı gərginlik yaratdığı üçün verildiyini bildirib.
Qeyd edək ki, Norveç son iki il yarım il ərzində təxminən 85 min ukraynalını qəbul edib ki, bu da Osloya görə, onun Skandinaviya qonşularından çoxdur.