5 İyul 13:43
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibb dünyasının ən mübahisəli mövzularından biri olan dezodorantın xərçəngə səbəb olub-olmadığı məsələsi yenidən gündəmdədir.

Teleqraf.com xəbər verir ki, bəzi iddialara görə, tərkibində alüminium kimi tərləmənin qarşısını alan kimyəvi maddələr olan dezodorantlar qoltuqaltı dəri tərəfindən əmilir və zərərli təsirlərə səbəb olur.

Udulmuş kimyəvi maddələrin süd vəzi xərçənginə səbəb olduğu ilə bağlı narahatlıqlar var. Alüminium birləşmələri dezodorantların aktiv tərkib hissəsidir. Onlar tər kanalında müvəqqəti tıxac yaradaraq tərin dəri səthinə axmasının qarşısını alırlar.

Amerika Xərçəng Cəmiyyətinə görə, birləşmələr döş hüceyrələrində xərçəng riskini artıra biləcək dəyişikliklərə səbəb olur. Tədqiqatda iştirak edənlər bildirirlər ki, alüminium genlər üçün də zəhərlidir, çünki DNT və digər genetik dəyişikliklərə səbəb ola bilər.

Tədqiqata əsasən, əməliyyat olunmuş 17 qadının süd vəzisi toxumalarında aşkar edilən alüminiumun miqdarı ölçülüb. Müəyyən edilib ki, xərçəng şişi aşkar edilmiş toxumalarda bu metalın səviyyəsi sağlam toxumalara nisbətən qat-qat çoxdur. Bununla əlaqədar açıqlamada belə qeyd edilir:

“Biz alüminiumun konsentrasiyasının kəskin fərqlənməsini aşkar etdik. Bəzi pasiyentlərdə konsentrasiya az, digərlərində isə həddən artıq çox idi. Müəyyən etdik ki, metalın ən çox olduğu toxumalar qoltuq altına yaxın yerləşir. Düzdür, qəti şəkildə deyə bilmərik ki, alüminium bu toxumalara məhz dezodorant vasitəsilə düşüb, lakin bizə belə gəlir ki, bu aşkar görünən məsələdir. Planlaşdırdığımız növbəti tədqiqatla alüminiumun orqanizmə düşmə səbəbini və mənbəyini müəyyənləşdirməyə çalışacağıq. Heyvanlar üzərində aparılan təcrübələr alüminiumun həqiqətən də xərçəngə səbəb olduğunu müəyyənləşdirib”.

Tədqiqatçılar həmçinin məhsulların uzunmüddətli istifadəsinin təsirlərini qiymətləndirmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu vurğulayırlar.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər