5 İyul 16:16
288
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya elektrik mühərriklərə keçid sürətlənir. Elektrikli avtobusların Azərbaycanda tətbiqi həm ekoloji baxımdan, həm də sərnişinlərin rahatlığı üçün vacib hesab edilir. Azərbaycanda elektrikli avtobusların artırılması planlaşdırılımı?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, ölkəmizdə ətraf mühitə zərər vurmayan ekoloji avtobusların gətirilməsi prioritet məsələlərdəndir:

“Ötən ilin sentyabr ayında Bakıda müasir sərnişindaşıma tələblərinə tam cavab verən ilk elektrik mühərrikli avtobus marşrut xəttinə buraxılıb. Avtobus sınaq məqsədilə bir neçə marşrutda yoxlanılıb”.

Qurumdan bildirilib ki, Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində 160 ədəd elektrik mühərrikli avtobusun alınması nəzərdə tutulub:

“Avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır”


Müəllif: Şəbnəm Zahir