16 Sentyabr 13:21
307
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Yeni Yasamal yaşayış sahəsi ilə əlaqələndirən 7B nömrəli avtobus marşrutunun hərəkət sxemində dəyişiklik edilib.

Bu barədə Teleqraf.com Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata görə, sakinlərin ictimai nəqliyyata olan təlabatının və şəhərin digər istiqamətlərinə gedişlərinin təmin edilməsi məqsədilə 7B nömrəli avtobusların hərəkəti "MİDA" Yasamal Yaşayış Kompleksinə təşkil olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər