16 Sentyabr 11:57
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhdilər haqqında məlumatların “Vikipediya”dan silinməsi günlərdir ictimaiyyət arasında müzakirə olunur. Məlumata görə, bunu edənlər bir qrup azərbaycanlı gəncdir. Texnobloqer Fərid Pərdəşünas bildirib ki, 3000 şəhidin məqaləsi “qeyri-ensiklopedik şəxslər olduğu” əsas gətirilərək silinib.

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov Teleqraf.com-a bildirib ki, “Vikipediya"nın reputasiyasını və iş prinsipinin fərqlidir:

“Azərbaycanda bir çox rəqəmsal platformalar var ki, orada bütün şəhidlərimizə həsr olunmuş məqalə və siyahılar yer alır. Azərbaycanda "Vikipediya"ya bənzər bir çox resurslar var, amma "Vikipediya"nın reputasiyası və iş prinsipi fərqlidir. Bu, dövlət tərəfindən nəzarət olunan platforma deyil, beynəlxalq ensiklopediyadır.

Beynəlxalq ensiklopediyada isə hər ölkənin öz dilində vikipediyaçı icması var. Həmin şəxslər tənzimləmələr aparırlar. "Vikipediya" qaydalarına uyğun olaraq ensiklopedik, eləcə də digər şəxslərin "Vikipediya" məqalələri yaradılır və ya silinir.

Təbii ki, şəhidlərimizin yeri ucadadır. Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsində iştirak edən şəhid və qazilər haqqında məqalələr yaradılıb. Adətən, xarici "Vikipediyalar"da ancaq çox tanınmış əsgərlərin, generalların, şəhidlərin məqalələri dərc olunur. Yəni ümumi döyüşdə iştirak edən şəxslərin "Vikipediya" məqalələri başqa dildəki "Vikipediya"larda çox da yer almır.

Azərbaycanda isə buna ehtiyac var idi və vaxtında addımlar atıldı, vikipediyaçılar bu istiqamətdə məqalələr yaratdılar. O vaxt deyirdilər ki, guya müvəqqətidir".

Elvin Abbasov deyib ki, Azərbaycanın qələbəsinin, şəhidlərinin beynəlxalq müstəvidə tanınmasına, siyahıların və məqalələrin olmasına ehtiyac böyükdür:

"Bildirirdilər ki, "Vikipediya" qaydalarına uyğun olan ensiklopedik şəxslərin məlumatları qalacaq. Buna bir neçə nümunə göstərə bilərik ki, Həşimovun, Xudayar Yusifzadənin və bir neçə şəhidimizin məqaləsi qalıb. Sual oluna bilər ki, hər şəhidin "Vikipediya"sı olmalıdırmı? Yeni təcrübəyə əsasən, belə bir qayda yoxdur və Azərbaycanda da müvəqqəti olduğu deyilirdi. Amma hamısının adı siyahılaşdırılıb. Bir çox siyahılarda şəhidlərin məqalələri alfopedik qaydalara əsasən var, indi də mövcuddur.

"Vikipediya" inzibatçıları platforma qaydalarına əsasən iş aparıblar. Burada şəhidlərimiz haqqında bir çox dövlət dəstəkli Qeyri Hökumət Təşkilatlarının (QHT) yaratdığı sayt platformaları mövcuddur. Bu platformalar bir-iki deyil, çoxdur. Həmçinin kitab və digər resurslarda da Azərbaycan şəhidlərinə aid kifayət qədər geniş məlumat mənbəsi var.

"Vikipediya" bir ensiklopediyadır. Necə ki, Azərbaycan ensiklopediyasında 1941-1945-ci il və digər müharibələrin iştirakçıları haqqında məqalə yoxdur, ensiklopedik resurs olan "Vikipediya"da da hər şəhidin məqaləsinin olması nəzərdə tutulmurdu və qaydalara uyğun deyildi. Amma "Vikipediya"da siyahılar qalır və qalmaqda davam edəcək”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər