ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp yaşadığı ərazidə baş verən atışmadan sonra sağ-salamatdır.
Teleqraf.com "The Associated Press"-a istinadən xəbər verir ki, bu barədə təşviqat qərargahı bəyanat yayıb.
Kampaniyanın kommunikasiya direktoru Steven Çanq Trampın təhlükəsiz yerdə olduğunu deyib. Məxfi Xidmət Tramp "West Palm Beach"də qolf klubundan çıxarkən onun yaxınlığında atışmaya cavab verib.
Eyni zamanda "New York Post" mənbələri iddia edir ki, iki nəfər atəş açıb və onlar Trampı deyil, bir-birini nişan alıblar.