18:11
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında XXI turun ikinci günündə “Turan Tovuz” və “Səbail” komandaları üz-üzə gəlib.

Teleqraf.com xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilmiş bərabərliklə yekunlaşıb - 1:1.
Ev sahiblərinin qolunu 29-cu dəqiqədə Aleksandr Serrano vurub. Qonaqların oyunçusu Madi Quate cavab olaraq 82-ci dəqiqədə rəqibin qapısından keçirərək hesabı bərabərləşdirib.
Beləliklə “bozqurdlar” xallarını 37-ə artıraraq 3-cü pilləyə yüksəlib. Turnir cədvəlinin autsayderi olan “dənizçilər”in isə 17 xalla mövqeyi dəyişməyib.

Qeyd edək ki, turun açılış günü "Kəpəz" "Sabah"a - 3:2, “Neftçi” isə “Şamaxı”ya qalib gəıib - 1:0. Birazdan “Sumqayıt” “Mehdi Hüseynzadə”də “Araz-Naxçıvan”ı qəbul edəcək.


Müəllif: Röyanə Oğuz

Oxşar xəbərlər