Bu gün saat 06:00-dan etibarən Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə və Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki dairə ilə Əhməd Rəcəbli dairəsi arasında ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılır.
Teleqraf.com xəbər verir ki, məhdudiyyət aparılacaq təmir-tikinti işləri ilə bağlıdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hərəkətin məhdudlaşdırılması təmir-tikinti işləri bitənədək qüvvədə olacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.