Azərbaycan-Qırğız İnkişaf Fondu Qırğız Respublikasında kiçik su elektrik stansiyasının və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Qırğızıstanın İqtisadiyyat və Ticarət Nazirliyi məlumat verib.
Tərəflər 9 meqavat gücündə kiçik su elektrik stansiyasının və müasir tikiş fabrikinin tikintisinə başlayacaq.
Məlumata görə, fabrikin tikintisi naticəsində 300 nəfərlik yeni iş yeri yaranacaq.
Fond həmçinin investisiya siyasətini və fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan digər sənədləri təsdiq edib. Çoxfunksiyalı mərkəzin tikintisinin maliyyələşdirilməsi konsepsiyası da qəbul olunub.