30 Mart 2015 13:52
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ümumtəhsil məktəblərində Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni üzrə kabinetlərin müasir avadanlıqlıqlarla təmin edilməsi üçün Təhsil Nazirliyi ilə Müdafiə Sənayesi Nazirliyinin Kosmik Cihazqayırma Zavodu arasında müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq 50 pilot məktəbin Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni üzrə kabinetləri müasir standartlara cavab verən təlim üçün nəzərdə tutulmuş avadanlıqlarla təmin edilib”.

Bu fikirlər Təhsil Nazirliyinin 31 mart Azərbaycanlıların Soyqrımı günü ərəfəsində Bakı şəhəri 194 saylı məktəbdə təşkil etdiyi mediatur zamanı səsləndirilib.

Tədbirdə çıxış edən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov bildirib ki, mediaturun təşkilində əsas məqsəd KİV təmsilçilərinin ümumtəhsil məktəblərində şagirdlərin ilkin hərbi hazırlıq səviyyəsini yüksəltmək üçün yaradılan şəraitlə tanış etməkdir. Bu cür görüşlər həmçinin məktəblilərin vətənpərvər ruhda tərbiyəsinə tövhə verməkdir.

Cəsarət Valehov onu da bildirib ki, hazırda 50 məktəbdə pilot layihə formasında həyata keçirilsə də, gələcəkdə bütün məktəblərin hərbi avadanlıqlarla təmin edilməsi nəzərdə tutulub: “Bu, birbaşa Təhsil Nazirliyinin sahəsidir. Bu işlər təhsil naziri Mikayıl Cabbarovun göstərişi əsasında icra olunur”.

KİV nümayəndələri ilə yanaşı tədbirə QHT nümayəndələri, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, Şəhid Ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev, Şəmistan Nəzirli də iştirak edib.

Mediatur çərçivəsində qonaqlar məktəbin çağırışaqədərki hərbi hazırlıq kabineti ilə tanış olub, dərs prosesini izləyiblər. Məktəblərdə Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni üzrə kabinetlərindəki bütün avadanlıq və silahlar Müdafiə Sənayesi Nazirliyinin istehsalıdır.

Sevil


Müəllif:

Oxşar xəbərlər