Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Kürdəmir rayonunda 1 nəfər intihar etmək məqsədilə hündurlüyü 45 metr olan işıq dirəyinə çıxmışdır.
Teleqraf.com-un xəbərinə görə, dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunmuşlar. Yanğınsöndürən-xilasedicilər vətəndaşla pisixoloji söhbətlər aparmış, intihara cəhdin qarşısını almışlar. Vətəndaş adiyyəti üzrə təhvil vermişdir. Əməliyyat saat 15:57-də başa çatmışdır.