Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dekabrın 3-də Koreyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kim Çanq-gyu ilə görüşüb.
Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nazir Azərbaycanda səfir təyin edilməsi münasibətilə Kim Çanq-gyunu təbrik edib.
Azərbaycan ilə Koreya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan Kəmaləddin Heydərov ölkəmizdə fövqəladə halların idarə edilməsi sahəsində görülən işlərdən, bu sahədə Koreyanın uyğun qurumları ilə sıx əməkdaşlıq münasibətlərindən danışıb.
Səfir Kim Çanq-gyu ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Koreyanın dövlət strukturlarının Azərbaycanın müvafiq qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyi ilə əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.
Görüşdə qarşılqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
İLHAMƏ