İctimai Televiziya və Radio Yayımları Şirkəti “Eurovision-2016” mahnı müsabiqəsinin birinci yarımfinalında Ermənistan tərəfinin yol verdiyi bayraq təxribatı üzündən Avropa Yayım Birliyinə müraciət edib.
İTV-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com bildiriblər ki, telekanalın rəhbərliyi Avropa Yayım Birliyindən beynəlxalq hüquqa zidd hərəkətinə görə Ermənistan nümayəndə heyətini sərt səkildə cəzalandırmağı tələb edib. Bu isə Ermənistanı təmsil edən ifaçı İveta Mukuçyanın mahnı müsabiqəsindən kənarlaşdırılması şəklində ola bilər.
Rəqsanə